Bəzi insanlar yağışlı havada sakit və rahat, bəziləri isə kədərli və passiv olur. Günəşli hava isə çox insanda enerji və yaxşı əhval yaradır, çünki Günəş işığı beyində serotonin balansına təsir edir.
Bu sözləri BUTA.TV-a açıqlamasında psixoloq Gülnar Orucova tez-tez yağan yağışların insanın əhvalına təsiri barədə danışarkən deyib.
Onun sözlərinə görə, şokolad, kivi və pomidor kimi məhsullar insanın özünü daha yaxşı hiss etməsinə kömək edə bilər:
“Ümumilikdə yağışlı və buludlu havalarda sosial aktivlik azalır: insanlar daha çox evdə qalır, bəzən isə yuxululuq və passivlik artır. Bu da bəzi insanlarda depressiv əhvalın güclənməsinə səbəb ola bilər.
Belə hallarda açıq havada hərəkət etmək və mümkün olduqda gəzintiyə çıxmaq faydalı ola bilər. Yağış olmayan vaxtlarda təmiz havada olmaq, yüngül fiziki aktivlik və gündəlik rutinə davam etmək əhval-ruhiyyəni yaxşılaşdıra bilər. Hətta yağışı müşahidə etmək belə bəzi insanlarda sakitləşdirici və rahatladıcı təsir yaradır”.
Psixoloq bu cür havalarda sosial aktivliyi qorumağı tövsiyə edib:
“Bir az kitab oxuyun, yağışı seyr edin və bu anlardan zövq almağa çalışın. Bu, daha müsbət düşüncələr formalaşdırmağa kömək edir. Bəzi insanlar tək qalmağı seçir. İnsan zaman-zaman özü ilə baş-başa qalmalı, tək yemək yeyib, kofe içməlidir. Amma təkliyi üstün tutan insanlar belə havalarda daha çox darıxmağa meyilli ola bilirlər”.
Gülnar Orucova qeyd edib ki, problemdən qaçmaq yox, onu qəbul edib idarə etmək daha doğrudur. Narahatlıqdan tam uzaqlaşmaq əvəzinə, ona uyğunlaşmaq və addım-addım üzərində işləmək psixoloji cəhətdən daha sağlam yanaşmadır.
- Azərbaycanda doğum sayı azaldı
- Anar Bayramov TƏBİB-in İcraçı direktoru təyin edildi
- Müharibəyə görə Həcc ziyarəti təxirə salınır?
- Baş nazirdən mühüm qərar...
- Evlənən və boşananların sayı açıqlandı
- 200-dən çox kişiyə ödənişli atalıq məzuniyyəti verildi
- Fövqəladə hallar nazirinə iki müavin təyin olundu
- "Birbank"ın “Səyahət marafonu” kampaniyası ilə dünyanı kəşf edin