AMB 3 şirkəti cərimələdi

15:58 - 15 Aprel 2026 - GÜNDƏM

 AMB 3 şirkəti cərimələdi

Azərbaycan Mərkəzi Bank (AMB) “A+CO” ASC, “DİADEM” ASC və “Ekolizinq” MMC-ni hesabatların vaxtında təqdim edilməməsi səbəbi ilə cərimələyib.

BUTA.TV xəbər verir ki, bu barədə AMB məlumat yayıb.

Qeyd edilib ki, cari nəzarət prosesləri çərçivəsində qanunvericiliklə müəyyən edilmiş müddətdə hesabatların təqdim olunması və Məlumatların Elektron Açıqlanması Sistemi vasitəsilə ictimaiyyətə açıqlanması qaydalarının pozulması səbəbi ilə “A+CO” ASC, “DİADEM” ASC və “Ekolizinq” MMC İnzibati Xətalar Məcəlləsinin 422-ci maddəsinə uyğun olaraq hər biri 2000 manat məbləğində cərimə edilib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol