Bakıda həyat yoldaşını güllələyərək öldürməyə cəhd etməkdə təqsirləndirilən “Referans Medi-Art Hospital" MMC-nin Mərdəkan filialının sabiq direktoru Vasif Kərimovun cinayət işi üzrə yekun məhkəmə prosesi keçirilib.
BUTA.TV APA-ya istinadla xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Babək Pənahovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, Vasif Kərimov 4 il müddətinə azadlıqdan məhrum edilib. Tərəflər arasında barışıq olub, təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 62-ci maddəsi (Cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilməsi) tətbiq edilib. O, cəzasını ümumirejimli cəzaçəkmə müəssisənidə çəkəcək
Qeyd edək ki, hadisə ötən ilin iyul ayında paytaxtın Yasamal rayonunda baş verib. Məlumata görə, iyulun 16-da saat 13 radələrində 1987-ci il təvəllüdlü Fərqanə Kərimovanın xəsarətlər alması barədə rayon prokurorluğuna məlumat daxil olub. Araşdırma zamanı 1986-cı il təvəllüdlü Vasif Kərimovun aralarında yaranmış mübahisə zamanı ov tüfəngindən atəş açaraq arvadı Fərqanə Kərimovanı qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib. F.Kərimova güllə yarası ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib və əməliyyat olunub.
Faktla bağlı Yasamal rayon prokurorluğunda cinayət işi başlanılıb. Vasif Kərimova Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) və 228-ci (qanunsuz olaraq odlu silah gəzdirmə) maddələri ilə yekun ittiham elan olunub.
Vasif Kərimov “Referans Medi-Art Hospital" MMC-nin Mərdəkan filialının sabiq direktoru olub.
- Bu prospektin kəsişməsində yeni işıqforlar quraşdırılır
- Sabirabadda əməliyyat: saxlanılanlar var - Foto
- Speys TV bağlanır? – Telekanal daxilində baş verənlər...
- “Azercell”in dəstəyi ilə “StartHer Quba” layihəsinə start verildi
- Bakının 2 rayonunda qaz olmayacaq
- Tahir Budaqov bu vəzifəsindən getdi
- Şahin Bağırov onları rəis təyin etdi
- Qobustan qoruğunda yeni qayaüstü təsvirlər aşkarlandı - Foto