AzTV “Tariximizlə qürur duyuruq” adlı yeni silsilə filmlər layihəsinə start verib. Layihənin ilk ekran işi “Sultan Həsən Bahadur” adlanıb.
Bu barədə BUTA.TV-a AzTV-nin Mətbuat xidmətindən məlumat verilib.
Film Ağqoyunlu dövlətinin görkəmli hökmdarı, tarixə Uzun Həsən kimi düşən qüdrətli sərkərdənin hakimiyyət dövrünü, həyat yolunu və hərbi uğurlarını əhatə edir. Eyni zamanda ekran əsərində onun anası Sara Xatunun dövrünün nüfuzlu dövlət xadimi kimi fəaliyyəti və siyasi müdrikliyi də xüsusi diqqət mərkəzində təqdim olunur.
“Tariximizlə qürur duyuruq” layihəsi Azərbaycan efir məkanında bir yeniliyə də imza atıb. Belə ki, “Sultan Həsən Bahadur” filmi bədii təsvir baxımından 100 faiz süni zəka texnologiyaları vasitəsilə hazırlanmış ilk tarixi ekran əsəridir.
Filmin ssenari müəllifləri Sərvər Bayramov, Mahir Qəribov və Sevda Hüseyndir. Layihənin məsləhətçisi isə tarix üzrə fəlsəfə doktoru Səbuhi Əhmədovdur.
Qeyd edək ki, layihənin əsas məqsədi Azərbaycan tarixinin mühüm şəxsiyyətlərini və şanlı keçmişini müasir təqdimat üslubunda geniş auditoriyaya çatdırmaqdır", - məlumatda qeyd olunub.
- ABŞ-ın Bakıdakı səfirliyi maşınlarını satışa çıxarır - Foto
- Kamran Əsədovun məhkəməsi: 110 min dollar kimə verilib?
- Bu sosial ödənişin davamı üçün arayışa ehtiyac yoxdur
- Təcili yardım maşınını narkotikin təsiri altında sürürmüş - Video
- Bibiheybət yolunda bərpa işləri yekunlaşdı - Video
- Müslüm Cabbarzadə nazir müavini təyin edildi
- Jurnalist AMB-yə müraciət etdi: Bu bank soyğunçudur!
- DGK Ermənistandan mal idxalına aydınlıq gətirdi