Ağır cinayətlərdə ittiham olunan daha bir şəxs Azərbaycana ekstradisiya ediləcək.
Bu barədə BUTA.TV-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, "Ekstradisiya haqqında Avropa Konvensiyası"nın tələblərinə uyğun olaraq, Azərbaycan Respublikasının vətəndaşı Səbutər Adil oğlu Babayevin ekstradisiyası ilə bağlı Baş Prokurorluq tərəfindən verilmiş vəsatət Türkiyə Respublikasının səlahiyyətli orqanları tərəfindən təmin edilib.
Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində aparılan ibtidai istintaq zamanı Səbutər Babayevin mütəşəkkil dəstə tərkibində külli miqdarda narkotik vasitələrin, psixotrop maddələrin, habelə güclü təsir edən maddələrin qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının gömrük sərhədindən gizli keçirilməsində iştirak etməsi, bundan başqa, onun həmin maddələri satış məqsədilə qanunsuz olaraq əldə etməsi, saxlaması, daşıması və satmasına əsaslı şübhələr müəyyən olunub.
Bu səbəbdən barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilib, lakin istintaqdan yayınaraq gizləndiyinə görə o, beynəlxalq axtarışa verilib. Keçirilmiş tədbirlər nəticəsində Səbutər Babayev Türkiyə Respublikasının ərazisində saxlanılıb.
Hazırda təqsirləndirilən şəxsin Azərbaycana gətirilməsi istiqamətində Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən zəruri tədbirlər görülür.
Eyni zamanda, Baş Prokurorluq axtarışda olan şəxslərin xarici ölkələrdə müəyyən edilməsi və onların Azərbaycan Respublikasına gətirilməsi məqsədilə xarici tərəfdaş qurumlarla, o cümlədən Interpol ilə sıx əməkdaşlığı davam etdirir.
- ABŞ-ın Bakıdakı səfirliyi maşınlarını satışa çıxarır - Foto
- Kamran Əsədovun məhkəməsi: 110 min dollar kimə verilib?
- Bu sosial ödənişin davamı üçün arayışa ehtiyac yoxdur
- Təcili yardım maşınını narkotikin təsiri altında sürürmüş - Video
- Bibiheybət yolunda bərpa işləri yekunlaşdı - Video
- Müslüm Cabbarzadə nazir müavini təyin edildi
- Jurnalist AMB-yə müraciət etdi: Bu bank soyğunçudur!
- DGK Ermənistandan mal idxalına aydınlıq gətirdi