Ermənistan Silahlı Qüvvələri 5 döyüş postunu Azərbaycan tərəfinə təhvil verib.
BUTA.TV Modern.az-a istinadla xəbər verir ki, proses Qazax rayonunun Bağanıs Ayrım kəndi ilə Ermənistanın Bağanis və Voskepar kəndləri istiqamətində baş tutub.
Ermənistan tərəfi bir sıra irəli mövqeləri və ən azı 5 döyüş postunu Azərbaycan tərəfinə təhvil verib.
Bu addımın 2024-cü ilin aprel-may aylarında Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiya və demarkasiya prosesi çərçivəsində əldə olunmuş razılaşmalar zamanı baş tutduğu məlumdur.
Ümumiyyətlə qeyd olunmalıdır ki, Qazax rayonunun 30 il işğal altında olan Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı kəndlərinin Azərbaycana dinc yolla qaytarılması ilk növbədə, Azərbaycanın Vətən müharibəsi zamanı qazandığı tarixi Qələbənin nəticəsidir.
Məhz 44 günlük müharibədə əldə edilən hərbi-siyasi üstünlük Azərbaycanın dövlət sərhədlərinin hüquqi əsaslarla bərpası və delimitasiya-demarkasiya prosesinin başlaması üçün real zəmin yaratdı. Bu baxımdan Qazax istiqamətində delimitasiya və demarkasiya prosesi çərçivəsində əldə olunan nəticələr 2020-ci ildə qazanılmış Qələbənin strateji davamı kimi qiymətləndirilməlidir.
- ABŞ-ın Bakıdakı səfirliyi maşınlarını satışa çıxarır - Foto
- Kamran Əsədovun məhkəməsi: 110 min dollar kimə verilib?
- Bu sosial ödənişin davamı üçün arayışa ehtiyac yoxdur
- Təcili yardım maşınını narkotikin təsiri altında sürürmüş - Video
- Bibiheybət yolunda bərpa işləri yekunlaşdı - Video
- Müslüm Cabbarzadə nazir müavini təyin edildi
- Jurnalist AMB-yə müraciət etdi: Bu bank soyğunçudur!
- DGK Ermənistandan mal idxalına aydınlıq gətirdi