Rəsmi statistikaya əsasən, bu ilin ilk rübündə istehlak bazarında 5.7 faiz qiymət artımı qeydə alınıb. Qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə isə daha yüksək inflyasiya müşahidə olunub: 6,8 faiz. 2026-cı ilin mart ayında isə qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri əvvəlki ilin müvafiq ayına nisbətən 6,5 faiz artıb.
BUTA.TV xəbər verir ki, bunu iqtisadçı ekspert, millət vəkili Vüqar Bayramov qeyd edib.
“Ötən ay qida məhsullarının qiymət artımlarının strukturuna diqqət yetirəndə daha çox inflyasiyanın meyvə və tərəvəzlərdə qeydə alındığı görünür.
Belə ki, meyvələrdə 3.6, tərəvəzlərdə isə 3.2 faiz qiymət artımları müşahidə olunub. Bütövlükdə, mart ayında uzun düyü, çörək, toyuq əti, təzə balıq, süd, pendir, süfrə marqarini, günəbaxan və qarğıdalı yağları, limon, portağal, naringi, banan, alma, armud, kivi, qoz, fındıq, xiyar, pomidor, şirin bibər, balqabaq, yerkökü, kartof bahalaşıb.
Meyvə və tərəvəzin qiymətində daha çox artımların qeydə alınması bir sıra məhsullar üzrə idxalın payının çox olması ilə bağlıdır. İran müharibəsi mart ayında idxal inflyasiyasını daha da aktivləşdirib. Dünya bazarında müşahidə edilən qiymət artımları fonunda yerli kənd təsərrüfatı məhsullarının istehsalının genişləndirilməsi daha da prioritetləşməkdədir.
Son qlobal və regional geo-siyasi gərginliklər bir daha təsdiq edir ki, qiymət artımlarının qarşısının alınması üçün əsas yol yerli istehsaldır. Bununla idxal inflyasiyasının təsirlərini minimumlaşdırmaq və istehlak bazarında qiymət optimallığını qorumaq olar”, - deyə deputat qeyd edib.
- ABŞ-ın Bakıdakı səfirliyi maşınlarını satışa çıxarır - Foto
- Kamran Əsədovun məhkəməsi: 110 min dollar kimə verilib?
- Bu sosial ödənişin davamı üçün arayışa ehtiyac yoxdur
- Təcili yardım maşınını narkotikin təsiri altında sürürmüş - Video
- Bibiheybət yolunda bərpa işləri yekunlaşdı - Video
- Müslüm Cabbarzadə nazir müavini təyin edildi
- Jurnalist AMB-yə müraciət etdi: Bu bank soyğunçudur!
- DGK Ermənistandan mal idxalına aydınlıq gətirdi