Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində (AAYDA) islahatlar davam edir.
BUTA.TV Qaynarinfo.az-a istinadla xəbər verir ki, qurumun Avtomobil Yollarının Mühafizəsi Xidmətində bir sıra yüksək vəzifəli şəxslər tutduqları vəzifələrdən azad edilib.
Belə ki, Xidmətin rəis müavinləri Həbib Əliyev və Eyyub Həsənov, Bakı və Bakı ətrafı yol mühafizəsi üzrə bölgə rəisi Coşqun Qarayev, həmin strukturun bölmə rəisi Əziz Ağayev, Nəqliyyat şöbəsinin rəisi Ramiz Nəcəfov, Əməyin mühafizəsi şöbəsinin rəisi Rauf Əliyev, 5 saylı tərəzi nəzarət məntəqəsinin rəisi Qafur Quliyev, 10 saylı tərəzi nəzarət məntəqəsinin rəisi Salman Səfətarov və Səyyar tərəzi nəzarət məntəqəsinin rəisi Mehman Həmzəyev işdən çıxarılıblar.
- Abşeronda Zərifə Əliyevanın 103 illiyi qeyd edildi
- AAYDA-dan işdən çıxarılan rəis bu məmurun oğlu imiş - Foto
- Saleh Məmmədovun yaxın qohumları işdən azad edildi
- Prezidentin medal verdiyi türk və alman iş adamları kimdir?
- Azərbaycanda universitetdə yanğın
- AMEA-nın vəzifəli şəxsi Türkiyədə öldü
- Qanunsuz yerləşdirilən balıq torları yığışdırıldı - Foto
- İlham Əliyev BƏƏ-nin nümayəndə heyətini qəbul etdi