Xəbər verdiyimiz kimi, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) tabeliyində fəaliyyət göstərən Avtomobil Yollarının Mühafizəsi Xidmətində bir sıra vəzifəli şəxslər işdən çıxarılıb. İddia olunur ki, həmin şəxslər qurumda aparılan yoxlama zamanı aşkarlanan pozuntulara görə vəzifədən azad olunublar.
BUTA.TV Qaynarinfo.az-a istinadla xəbər verir ki, vəzifəsini itirənlər arasında Bakı və Bakı ətrafı yol mühafizəsi üzrə bölgə rəisi Coşqun Qarayev də var.
Məlumata görə, o, Kənd Təsərrüfatı Nazirliyi yanında "Aqroservis" Açıq Səhmdar Cəmiyyətinin Cəlilabad regional nümayəndəliyinin direktoru Əlövsət Qarayevin oğludur. 70 yaşlı məmur uzun illərdir ki, bu quruma rəhbərlik edir.
- Altı aya rəsmiləşdirilməyən maşınlar dövlətə keçəcək
- Onların ölkədən çıxışı məhdudlaşdırılacaq
- Malların gömrük dəyəri manatla bəyan ediləcək
- Hərbi qulluqçular şəxsi jetonla təmin ediləcək
- Gömrük Komitəsinin səlahiyyətləri genişləndirilir
- 90 min müəllimin maaşı tənzimlənəcək
- Bu evləri satanlar cəzalandırılacaq - Video
- Prezident daha bir fərman imzaladı