Yetirmişli açıqladı: Zəlzələdən dərhal sonra...

19:50 - 28 Aprel 2026 - GÜNDƏM

 Yetirmişli açıqladı: Zəlzələdən dərhal sonra...

Hər dəfə zəlzələ baş verdikdən dərhal sonra hesablamalara başlayırıq. Nə baş verdiyini, hansı istiqamətdə enerjinin boşaldığını, hansı qırılmanın aktiv olması ilə bağlı detalları analiz edirik. Daha sonra təkrar təkanların gücü, ehtimal olunan davametmə prosesi qiymətləndirilir. Bu hesablamalar əsasında da əhalini məlumatlandırırıq. Bildiririk ki, hər hansı təşvişə ehtiyac yoxdur.

BUTA.TV xəbər verir ki, bu fikirləri Azərtac-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli səsləndirib.

Onun sözlərinə görə, hazırda Yaponiyadan olan mütəxəssislərlə birlikdə dövlət sifarişi əsasında Fövqəladə Hallar Nazirliyinin sifarişi ilə Bakı və Abşeron yarımadasının seysmik mikrorayonlaşdırma xəritəsinin hazırlanması və təhlükələrin idarəedilməsi istiqamətində işlər aparılır:

“Kanada və Amerika Birləşmiş Ştatları (ABŞ) institutlarından olan mütəxəssislərlə birgə bütün zəlzələ kataloqları yenidən emal edilərək, seysmik təhlükə xəritəsi hazırlanıb. Bu yeni kataloqlar əsasında seysmik təhlükə xəritələri də yenilənib. Burada 2, 5 və ya 50 və 10 faiz ehtimalla təhlükəli zonaların müəyyən edilməsinin üzərində işləmişik. O xəritələr də var. Bir-birinə heç nə mane olmur”.

Qurban Yetirmişli xatırladıb ki, ABŞ və Kanada seysmoloji tədqiqatların aparıldığı aparıcı ölkələrdir:

“Ən müasir avadanlıqlar və ən güclü proqramlar onlardadır. Ötən il biz bu proqramların yeni versiyasını almışıq. Əvvəllər hesablamalar daha sadə üsullarla aparılırdı və müəyyən hallarda 25-50 kilometr miqyasında ümumi qiymətləndirmələrlə kifayətlənirdilər. Lakin bu gün müasir proqram təminatları və dəqiq ölçmə vasitələri sayəsində aparılan tədqiqatlarda demək olar ki, səhvə yol verilmir”,- deyə o qeyd edib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol