Hərbi vəzifəlilərin təlim toplanışı başa çatdı

10:16 - 1 May 2026 - GÜNDƏM

 Hərbi vəzifəlilərin təlim toplanışı başa çatdı

2026-cı ilin hazırlıq planına əsasən, Xüsusi Təyinatlı Qüvvələrin "N" saylı hərbi hissəsində ehtiyatdan çağırılan bir qrup hərbi vəzifəlilərin cəlb edildiyi təlim toplanışı başa çatıb.

Bu barədə BUTA.TV-a Müdafiə Nazirliyindən məlumat verilib.

Tədbirdə çıxış edənlər bildiriblər ki, toplanış zamanı iştirakçıların döyüş vərdişləri və bacarıqları inkişaf etdirilib, qarşıya qoyulan məqsədlərə nail olunub.

Plana uyğun olaraq, hərbi vəzifəlilərlə atəş, taktiki, sıra, fiziki, ictimai-siyasi hazırlıq üzrə məşğələlər, eləcə də müxtəlif ixtisaslar üzrə nəzəri və praktiki məşğələlər keçirilib, vətənpərvərlik istiqamətində maarifləndirici söhbətlər aparılıb.

Sonda iştirakçılara gələcək işlərində uğurlar arzulanıb və təlimdə fərqlənənlərə fəxri fərmanlar verilib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol