Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi "Bakı Marafonu-2026" ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib.
İdarədən BUTA.TV-a verilən məlumata görə, “Bakı Marafonu 2026” ilə əlaqədar mayın 3-də səhər saat 09:00-dan mərasim qurtaranadək yürüşlə əlaqədar bəzi küçə və prospektlərdə iştirakçıların təhlükəsizliyinin təmin olunması məqsədilə yollarda hərəkət tam məhdudlaşdırılacaq.
Ümumilikdə 42 km-lik məsafəni əhatə edəcək marafon Bayraq Meydanından başlayaraq Dənizkənarı Bulvarın inzibati ərazisi ilə Dəniz Vağzalı, Neftçilər prospekti, Bakı Ağ şəhər Bulvarı, 8 Noyabr prospekti, Yusif Səfərov küçəsi, Sevgi Parkı, Heydər Əliyev prospekti, Baku Arena, Böyük İpək Yolu küçəsi, Müzəffər Nərimanov küçəsi, Ziya Bünyadov prospekti, Böyükşor küçəsi, Böyükşor körpüsü, Balaxanı dairəsi, Böyükşor–Pirşağı yolu, Bakı Dairəvi Yolundan (Bilgəh–Pirşağı şosesi) keçməklə “Sea Breeze”-də finiş nəzərdə tutulub.
Sürücülərdən və digər yol hərəkəti iştirakçılarından göstərilən tarixdə hərəkətlərini əvvəlcədən planlaşdırmaları, qeyd olunan istiqamətlər üzrə mümkün sıxlığı nəzərə almaları və alternativ yollardan istifadə etmələri xahiş olunur.
14 yaşlı qızla hamamda ölən Yusufla bağlı ŞOK GÖRÜNTÜLƏR yayıldı - VİDEO
- İlham Haqverdiyev məhkəmə zalından azadlığa buraxıldı
- Bu məktəblərdə mərkəzləşdirilmiş imtahanlar keçiriləcək – İlk dəfə
- Şahin Bağırov dövlətə ödənilən 6 milyarddan danışdı
- Bayırşəhərdə 106 abidə qorunacaq - Fariz Hüseynli
- Bu mallardan dövlətin xeyrinə imtina oluna bilinəcək
- İrandan 55 kq narkotikin keçirilməsinin qarşısı alındı - Foto
- Malların gömrük dəyəri milli valyuta ilə bəyan ediləcək
- NFC ödənişi zamanı hesabdan silinmənin gecikməsi... - Rəsmi