Xaqani bağında dünya təcrübəsinə əsaslanan layihənin icrası başa çatıb. Bağın mövcud ərazisi genişləndirilib və bir zamanlar xaotik nəqliyyat axınına malik bu ərazi hazırda tam olaraq piyadaların ixtiyarına verilib.
BUTA.TV xəbər verir ki, bunu Bakı Şəhər İcra Hakimiyyətinin şöbə müdiri Metin Hüseynov “İctimai proseslər media müstəvisində” mövzusunda III Forumun “Şəhərsalma və Memarlıq İli”ndə media gündəmi” adlı panel sessiyada deyib.
“Xüsusilə Bibiheybət, Ramana, Balaxanı kimi yerlərdə küçələr abadlaşdırılıb, binalar bərpa olunub, əvvəlki üslubuna uyğun yenilənib. Bu işlər yalnız şəraiti yaxşılaşdırmaq üçün deyil, həm də mədəni irsi qorumaq və gələcək nəsillərə ötürmək üçündür. Nəticədə Bakı həm müasir, həm də öz tarixinə sadiq şəhər kimi çıxış edir”, - o bildirib.
- Nərimanovda bu mənzillərin satışı davam edir! - "Kristal"
- Sabirabadda Kür çayı məcrasından çıxdı
- Partlayışda yaralanan həkim dünyasını dəyişdi
- Zakir Fərəcov vətəndaşlarla görüşdü
- Bir qəpik də ödəmədən 117 min kv.metrlik torpaq aldı - Foto
- İlham Haqverdiyev məhkəmə zalından azadlığa buraxıldı
- Bu məktəblərdə mərkəzləşdirilmiş imtahanlar keçiriləcək – İlk dəfə
- Şahin Bağırov dövlətə ödənilən 6 milyarddan danışdı