Gender bərabərliyinin təmin olunması məqsədilə işəgötürənlərin bərabər əmək haqqı təmin etmək öhdəliyi konkretləşdirilir.
BUTA.TV xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Əmək Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, işəgötürən cinsindən asılı olmayaraq eyni və ya bərabər dəyərli müxtəlif işi yerinə yetirən işçilərə bərabər əmək haqqı ödəməyə borcludur. İşin bərabər dəyərli olması əmək şəraiti, əmək funksiyasının xarakteri və qüvvədə olan vahid tarif-ixtisas sorğu kitabçalarında nəzərdə tutulmuş tarif-ixtisas xüsusiyyətləri nəzərə alınmaqla işəgötürən tərəfindən müəyyən edilməlidir.
Müvafiq olaraq “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” qanuna təklif olunan dəyişikliyə əsasən, əmək haqqının yalnız eyni və ya oxşar işlərə görə deyil, bərabər dəyərli işlərə görə də ödənilməsi nəzərdə tutulur. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən “Cinsindən asılı olmayaraq bir iş yerində işləyən, eyni ixtisas dərəcəsinə malik olan, eyni iş şəraitində işləyən, eyni dəyərli işi yerinə yetirən işçilərə əmək haqqı, həmçinin mükafatlar və işçini həvəsləndirmək məqsədilə ödənilən digər maddi ödənişlər eyni ödənilməlidir.
14 yaşlı qızla hamamda ölən Yusufla bağlı ŞOK GÖRÜNTÜLƏR yayıldı - VİDEO
Qeyd edilən maddəyə əsasən eyni ixtisas dərəcəsinə, eyni dəyərə malik eyni işi görən kişi və qadınlara bərabər əmək haqqı ödənilir. Bu anlayış bərabər dəyərli iş üçün bərabər əmək haqqı standartından daha məhduddur, çünki eyni dəyərə malik olan müxtəlif işləri yerinə yetirən kişilərə və qadınlara aid edilmir. Bununla əlaqədar olaraq 9.1-ci maddə yeni redaksiyada verilir.
Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.
- Nərimanovda bu mənzillərin satışı davam edir! - "Kristal"
- Sabirabadda Kür çayı məcrasından çıxdı
- Partlayışda yaralanan həkim dünyasını dəyişdi
- Zakir Fərəcov vətəndaşlarla görüşdü
- Bir qəpik də ödəmədən 117 min kv.metrlik torpaq aldı - Foto
- İlham Haqverdiyev məhkəmə zalından azadlığa buraxıldı
- Bu məktəblərdə mərkəzləşdirilmiş imtahanlar keçiriləcək – İlk dəfə
- Şahin Bağırov dövlətə ödənilən 6 milyarddan danışdı