Gömrüyə gətirilən avtomobillərlə bağlı yeni qayda...

13:16 - 1 May 2026 - GÜNDƏM

 Gömrüyə gətirilən avtomobillərlə bağlı yeni qayda...

Gömrük ərazisinə daxil olması nəzərdə tutulan nəqliyyat vasitələri üçün məsul şəxsin təqdim edəcəyi məlumatların siyahısı genişlənir.

BUTA.TV xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilən Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb.

Belə ki, mövcud qanunvericiliyə görə, gömrük ərazisinə daxil olması nəzərdə tutulan nəqliyyat vasitəsinə görə məsul şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və formada (o cümlədən, elektron formada) aşağıdakılar barədə məlumatları gömrük orqanlarına əvvəlcədən təqdim etməlidir:

- nəqliyyat vasitəsinin daxil olacağı gömrük sahəsi;

Layihədə isə təklif olunur ki, məsul şəxs nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində əks olunanları əvvəlcədən gömrük orqanına təqdim etsin.

Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol