Sumqayıt şəhərində sərnişin avtobusunda ölüm hadisəsi baş verib.
BUTA.TV Teleqraf-a istinadla xəbər verir ki, 1973-cü il təvəllüdlü Azər Həbib oğlu Avdilov Ceyranbatan bağları istiqamətində hərəkət edən 9 nömrəli marşrut xəttində olarkən qəfil dünyasını dəyişib.
Bildirilib ki, sərnişin kimi avtobusda olan şəxsin səhhəti qəfil pisləşib. Hadisə yerinə çağırılan müvafiq xidmət əməkdaşları onun həyatını xilas edə bilməyiblər.
Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.
- FHN hava şəraiti ilə bağlı əhaliyə müraciət etdi
- Bir "plastik cərrah" barədə protokol tərtib edildi
- Rezidentura imtahanının nəticələri elan edildi
- Rayonlarda güclü külək əsəcək – Xəbərdarlıq
- WUF13: Bakıda xüsusi hərəkət zolaqları təşkil ediləcək
- İlham Əliyev fərman imzaladı
- Kəmaləddin Heydərov Xankəndidə vətəndaşları qəbul etdi
- Prezident xalçaçıları təltif etdi