Speys TV-yə yeni direktor təyin edildi

16:06 - 4 May 2026 - GÜNDƏM

 Speys TV-yə yeni direktor təyin edildi

Ayaz Mustafayev “Speys” televiziyasına direktor təyin edilib.

BUTA.TV xəbər verir ki, bu barədə APA-ya “Spes” televiziyasından məlumat verilib.

Qeyd edilib ki, Ayaz Mustafayev əmək fəaliyyətinə 2009-cu ildə Xarici İşlər Nazirliyində başlayıb, Azərbaycanın Böyük Britaniyadakı səfirliyində müxtəlif vəzifələrində, daha sonra İTV və AZTV-nin London bürosunda çalışıb. Bu müddət ərzində mətbuat və media sahəsində geniş beynəlxalq təcrübə qazanıb. Son illərdə özəl sektorda və Təhsil Tələbə Krediti Fondunda rəhbər vəzifələrdə fəaliyyət göstərib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol