Bu müəllimlərin maaşı artırıldı - Rəsmi

20:02 - 5 May 2026 - GÜNDƏM

 Bu müəllimlərin maaşı artırıldı - Rəsmi

Sertifikatlaşdırma prosesinə start verildikdən indiyədək 83 min 983 təhsilverənin imtahanlarda iştirakı təmin edilib.

BUTA.TV xəbər verir ki, bu barədə Bizim.Media-ya Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) məlumat verilib.

Bildirilib ki, sertifikatlaşdırma prosesindən uğurla keçən 24 min 36 nəfər təhsilverənin maaşına 35 faiz artım tətbiq edilir.

Qeyd edək ki, müəllimlər ilk dəfə 2022-ci ildə sertifikatlaşmaya cəlb olunublar. Həmin ildən proses davam etməkdədir.

Bu xəbər hal-hazırda çox oxunur
WUF13 günlərində Bakıda yollar tam bağlanacaq?

Nazirlər Kabinetinin 2022-ci il 20 avqust tarixli 321 nömrəli Qərarına əsasən, sertifikatlaşdırmanın test mərhələsində 50 baldan yuxarı bal toplamış təhsilverənlərin vəzifə maaşlarına tədris edilən dərs saatına görə 35%, keçid balını (30) toplamış digər təhsilverənlərə isə 10% əlavələr tətbiq olunur.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol