“Ölkəmizdə epidemioloji vəziyyət sabitdir və narahatlıq üçün əsas yoxdur”.
“BUTA.TV” xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin son günlər beynəlxalq informasiya məkanında yayılmış hantavirus infeksiyası ilə bağlı açıqlamasında bildirilib.
“Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına əsasən, qurum Beynəlxalq Tibbi-Sanitar Qaydalar çərçivəsində müxtəlif ölkələrlə birlikdə profilaktik və sürətli cavab tədbirlərini koordinasiya edir. Qeyd olunur ki, insanlar adətən hantavirus daşıyıcısı olan gəmiricilərin sidiyi, nəcisi və ya tüpürcəyi ilə təmas zamanı, o cümlədən gəmiricilərin ifrazatı ilə qarışmış tozun nəfəs yolu ilə qəbul edilməsi nəticəsində yoluxurlar. Virusun insandan insana ötürülməsi son dərəcə nadirdir və yalnız Amerikada rast gəlinən andes növü ilə əlaqədar müşahidə edilir.
Azərbaycan hantavirus üzrə endemik bölgə hesab olunmur və ölkə ərazisində yaşayan gəmiricilər arasında bu virusa rast gəlinmir. Bu səbəbdən ölkəmizdə hantavirus infeksiyası rutin laborator müayinə panellərinə daxil deyil. Bununla belə, Azərbaycanda həm insan, həm də heyvan sağlamlığı üzrə laboratoriyalarda hantavirusun müayinəsi üçün bütün texniki imkanlar mövcuddur. Səhiyyə Nazirliyi bu məsələdə ÜST-nin tövsiyələrini rəhbər tutur və ÜST-lə qarşlıqlı əməkdaşlıq edir. Zəruri olduğu təqdirdə (məsələn, müvafiq klinik əlamətləri olan və epidemioloji baxımdan riskli ölkələrdən gələn şəxslər) klinik protokollara uyğun şəkildə müayinələr təşkil ediləcək.
Səhiyyə Nazirliyi epidemioloji vəziyyəti nəzarətdə saxlamaqla əhalini yalnız rəsmi mənbələrə istinad etməyə çağırır. Mövcud vəziyyət ölkə əhalisi üçün hər hansı əlavə risk yaratmır”, - məlumatda vurğulanıb.
- Anaklaudiya Rossbax İlham Əliyevə təşəkkür etdi
- Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə reyslər təyin edildi
- Paşinyanın qulağına pıçıltı ilə dediyi sözlər canlı efirə düşdü - Video
- “Cip” sürücüsünə qarşı quldurluq edənlərə ağır cəza - Video
- 460 uşağın dərsə davamiyyəti bərpa edildi
- Bu agentliyə yeni səlahiyyət verildi – Qərar
- “28 May” və “Cəfər Cabbarlı” arasında yeni pilləkən tikilir - Foto
- Rasim İldırım barışıq üçün ona - 150 min təklif edir