Bakının bu küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılır

20:09 - 13 May 2026 - GÜNDƏM

 Bakının bu küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılır

Bu gün saat 23:00-dan, 15 may saat 24:00-dək Bakının İzmir küçəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

BUTA.TV xəbər verir ki, bu barədə Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Məlumata görə, məhdudiyyətin tətbiqi Yasamal rayonu, İzmir küçəsində (Abbasqulu ağa Bakıxanov küçəsindən Tbilisi prospektinə qədər olan hissədə) aparılacaq təmir işləri ilə əlaqədardır.

AAYDA sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları və əvvəlcədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələrini xahiş edir.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol