Daha bir xəstəxananın direktoru vəzifəsindən azad edildi

22:00 - 13 May 2026 - GÜNDƏM

 Daha bir xəstəxananın direktoru vəzifəsindən azad edildi

Beyləqan Rayon Mərkəzi Xəstəxanasında rəhbər heyətlə bağlı kadr dəyişiklikləri həyata keçirilib.

BUTA.TV”nun məlumatına görə, xəstəxananın direktoru Muradov Bayram Cəbrayıl oğlu və inzibati işlər üzrə direktor müavini Mahmudov Elnur Nazim oğlu tutduqları vəzifələrdən ayrılıblar.

Məlumata əsasən, dəyişiklik yeni təyin olunmuş icraçı direktorun qərarı ilə aparılan struktur və kadr yenilənməsi çərçivəsində baş tutub. Bildirilir ki, hər iki şəxs vəzifədən öz ərizələri əsasında azad olunub.

Qeyd olunur ki, müəssisədə idarəetmə və təşkilati struktur üzrə dəyişikliklərin davam etdirilməsi nəzərdə tutulur.

Ziya Əmirxanlı

Fotoda: Elnur Mahmudov 


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol