Gürcüstanın Qardabani rayonunun azərbaycanlıların yaşadığı Birlik kəndində ağır yol qəzası baş verib.
BUTA.TV APA-ya istinadla xəbər verir ki, yüksək sürətlə hərəkət edən BMV markalı avtomobil ağaca çırpılıb.
Avtomobildə olan altı nəfərdən beşi hadisə yerində ölüb. Bir nəfər ağır vəziyyətdə xəstəxanaya çatdırılıb, lakin onu da xilas etmək mümkün olmayıb.
Ölənlərin üçü, ikisi qardaş olmaqla, Birlik kəndindən, digərləri isə Saqareco bölgəsindən olublar.
Onların hamısı azərbaycanlıdır.
Gürcüstanın Daxili İşlər Nazirliyi qəza ilə bağlı araşdırmaya başlayıb.
- Nəcibə Nəsibova vəzifədən azad edildi - Foto
- DİM nəticələri elan etdi: 1 nəfər maksimal bal topladı
- 19 aprel imtahanlarının nəticələri - Cəmi bir nəfər 300 bal yığdı
- Bakı-Ələt yolunda körpünün bir hissəsi çökdü - Video
- “Telefonunuzu verməsəniz, silah çıxaracaqlar” - Video
- Əsgəran Silah Muzeyi yaradılır
- Hava ilə bağlı daha bir xəbərdarlıq
- O erməni qadının mənə etdiklərini dana bilmərəm...