Bakıda şagirdin digər məktəbliləri döydüyü iddia olunur.
“BUTA.TV” Oxu.az-a istinadən xəbər verir ki, hadisənin 271 nömrəli tam orta məktəbdə baş verdiyi bildirilir.
Təhsil müəssisəsindən əldə edilən məlumata görə, N.A. adlı şagird, demək olar ki, hər gün məktəblilərə fiziki şiddət göstərir.
Məsələ ilə bağlı aidiyyəti quruma sorğu ünvanlanıb.
Qeyd edək ki, ötən ilin əvvəlində (2025-ci ilin fevral ayında) də sözügedən məktəbdə şagirdlər arasında insident görüntüləri sosial şəbəkələrdə müzakirə mövzusu olmuşdu.
***
271 nömrəli tam orta məktəbdən “BUTA.TV”nun sorğusuna cavab olaraq bildirilib ki, mayın 12-də 2 məktəbin sanitar qovşağında tənəffüs zamanı 2 nəfər IX sinif şagirdi (müvafiq səbəbdən şagirdlərin adı qeyd olunmur) arasında münaqişə baş verib.
Bu barədə şagirdlər müəllim və məktəb rəhbərliyinə heç bir məlumat verməyib.
Videogörüntü sosial şəbəkədə yayıldıqdan sonra məsələ məktəb rəhbərliyi tərəfindən araşdırılıb. Fiziki təzyiqə məruz qalan şagird heç bir xəsarət almayıb.
Məktəb rəhbərliyi tərəfindən aidiyyəti qurumlara müraciət olunub. Valideynlər məktəbə dəvət edilib, onlara övladlarının davranışlarına diqqətin artırılması və bu istiqamətdə məktəblə əməkdaşlığın gücləndirilməsi yönündə tövsiyələr verilib.
Məktəb psixoloqu tərəfindən uşaqlarla bağlı müvafiq dəstəkləyici tədbirlərə başlanılıb. Elm və Təhsil Nazirliyinin Uşaq Müdafiəsi İdarəsinin nümayəndələri məktəbdə olub, şagird davranış qaydalarına əməl olunmasına diqqət artırılıb, təlim-tərbiyə prosesinə uyğun olmayan hallara qarşı maarifləndirmə işi genişləndirilib.
Məsələ aidiyyəti qurumlar tərəfindən nəzarətə götürülüb, araşdırmalara başlanılıb. Həmçinin hüquq-mühafizə orqanları tərəfindən müvafiq araşdırma aparılır.
- Nəcibə Nəsibova vəzifədən azad edildi - Foto
- DİM nəticələri elan etdi: 1 nəfər maksimal bal topladı
- 19 aprel imtahanlarının nəticələri - Cəmi bir nəfər 300 bal yığdı
- Bakı-Ələt yolunda körpünün bir hissəsi çökdü - Video
- “Telefonunuzu verməsəniz, silah çıxaracaqlar” - Video
- Əsgəran Silah Muzeyi yaradılır
- Hava ilə bağlı daha bir xəbərdarlıq
- O erməni qadının mənə etdiklərini dana bilmərəm...