Bu gün paytaxtın Nərimanov rayonunda ağır yol qəzası baş verib.
“BUTA.TV” xəbər verir ki, metronun “Gənclik” stansiyasının yaxınlığındakı avtomobil tunelində “Hyundai” və “Lexus” markalı minik avtomobilləri toqquşub. Nəticədə, avtomobillərə ciddi ziyan dəyib, bir neçə nəfər xəsarət alıb.
Hadisə yerinə təcili tibbi yardım və xilasetmə briqadası, eləcə də polis əməkdaşları cəlb edilib.
***
TƏBİB-dən sorğumuza cavab olaraq bildirilib ki, bu gün saat 14:15 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzində Nərimanov rayonu, H.Əliyev küçəsindən çağırış qeydə alınıb.
Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.
Təcili tibbi yardım briqadası tərəfindən 1984-cü il təvəllüdlü şəxs (kişi) müştərək travma diaqnozu ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub. Sağ bazu sümüyünün sınığı diaqnozu təyin olunan pasiyentə zəruri tibbi xidmətlər göstərilib.
Hazırda onun müalicəsi davam etdirilir, vəziyyəti orta ağır qiymətləndirilir.
- Nəcibə Nəsibova vəzifədən azad edildi - Foto
- DİM nəticələri elan etdi: 1 nəfər maksimal bal topladı
- 19 aprel imtahanlarının nəticələri - Cəmi bir nəfər 300 bal yığdı
- Bakı-Ələt yolunda körpünün bir hissəsi çökdü - Video
- “Telefonunuzu verməsəniz, silah çıxaracaqlar” - Video
- Əsgəran Silah Muzeyi yaradılır
- Hava ilə bağlı daha bir xəbərdarlıq
- O erməni qadının mənə etdiklərini dana bilmərəm...