Bağçalara elektron sənəd qəbulu dayandırılır - Səbəb

17:33 - 15 May 2026 - GÜNDƏM

 Bağçalara elektron sənəd qəbulu dayandırılır - Səbəb

Məktəbəqədər təhsil müəssisələrinə elektron sənəd qəbulu sistemi üzrə növbələrin yaradılması 19 may tarixindən müvəqqəti dayandırılır.

BUTA.TV xəbər verir ki, bunu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) məlumat yayıb.

Sözügedən tarixdən etibarən bq.edu.az portalı vasitəsilə həyata keçirilən yeni növbələrin yaradılması prosesi müvəqqəti olaraq dayandırılacaq.

Bununla yanaşı, fasilə müddətində sistemdə olan, lakin hələ təsdiqlənməmiş sorğular silinəcək.

Qeyd edək ki, bq.edu.az vasitəsilə növbəti tədris ili üçün məktəbəqədər təhsil müəssisələrinə qəbul ilə bağlı geniş məlumat yaxın zamanda ictimaiyyətə təqdim ediləcəkdir.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol