Səhhəti məktəbə getməyə, normal təhsil almağa çətinlik yaratsa da, 9-cu sinif imtahanlarından 252 bal toplaya bilib.
“BUTA.TV” xəbər verir ki, Yevlax şəhərində dünyaya göz açan Nəcibə Əlizadə həmyaşıdlarından fərqli olaraq, evdə fərdi təhsil alıb.
O bu yaşına çatana qədər yalnız 2-ci sinifdə oxuyan zaman atasının köməyi ilə bir neçə gün dərslərə qatıla bilib. Ondan sonra keçirdiyi ağır əməliyyatlar təhsilini məktəbdə davam etdirməyə imkan verməyib.
Doqquz aylığından serebral-iflic xəstəliyindən əziyyət çəkən Nəcibə Əlizadə iradəsi, zəhməti və təhsilə olan sevgisi ilə qarşısına qoyduğu məqsədlərə çatmaq üçün böyük əzmkarlıq nümayiş etdirib.
Müəyyən qədər gecikən şəxslərin imtahanda iştirakı təmin olunub - DİM
15 yaşlı yeniyetmənin hərəkət etməsində ən yaxın köməkçiləri valideynləridir. Atası Ramil Əliyev qızının 9 aylığından bu günə qədər 14 dəfə əməliyyat keçirdiyini deyir. Bütün bu çətin və ağrılı mərhələlərə baxmayaraq, Nəcibənin təhsilə marağı azalmayıb.
Bir qardaşın yeganə bacısı olan Nəcibə Əlizadə 11-ci sinifdə maxsimum nəticə göstərərək, ali məktəbə qəbul olmağı arzulayır.
Daha ətraflı “Xəzər TV”nin videomaterialında:
- Məktəblərdə tətil başladı
- Çempionluğu qeyd etməyə “Çırpınırdı Qara dəniz”lə çıxdı - Video
- 14 yaşında ulduz oldu, ölkəsindən qovuldu - Şillə qalmaqalında adı hallanan aktrisa kimdir? - Fotolar
- Bakının 7 rayonundan tədris onlayn olacaq - Sabahdan
- İrandan ABŞ-yə sərt xəbərdarlıq
- 14 dəfə əməliyyat olunsa da, imtahandan yüksək bal topladı - Video
- Kuboku almağa rəqs edərək getdilər - Video
- Polislər bu gün yollarda… - Video