Bakı, Gəncə və Zərdabda ağaclar kəsildi: 123 minlik ziyan...

20:33 - 15 May 2026 - GÜNDƏM

 Bakı, Gəncə və Zərdabda ağaclar kəsildi: 123 minlik ziyan...

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən son bir həftə ərzində keçirilən nəzarət tədbirləri zamanı Bakı, Gəncə şəhərləri və Zərdab rayonunda ağacların qanunsuz kəsilməsi faktları aşkar olunub.

Xidmətdən BUTA.TV-a verilən məlumata görə, araşdırma zamanı Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsində, Binəqədi rayonu Azadlıq prospekti 155 ünvanında, Binəqədi rayonu Binəqədi qəsəbəsində, Nizami rayonu Məmməd Səid Ordubadi ilə Şirin Mirzəyev küçələrinin kəsişməsində, Gəncə şəhəri Nizami küçəsində və Zərdab rayonu Qoşaoba kəndi ərazisində ağacların qanunsuz kəsilməsi nəticəsində yaşıllıqlara 123 min 720 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol