ABŞ Prezidenti Donald Trampın Florida ştatındakı qolf kurortunda nəhəng qızıl heykəli ucaldılıb. Təxminən 7 metr hündürlüyündə olan heykəl “Don Kolossus” adı ilə təqdim edilib.
“BUTA.TV” xəbər verir ki, heykəl “Trump National Doral Miami” ərazisində təşkil olunan mərasim zamanı ictimaiyyətə nümayiş etdirilib.
Açılış tədbirində dini liderlər və çoxsaylı qonaqlar iştirak ediblər.
Məlumata görə, qızıl örtüklü bürünc heykəlin hazırlanmasına təxminən 450 min dollar xərclənib.
Tahir İmanov jurnalistlərə qarğış etdi: “Burnunuzdan gəlsin” - VİDEO
Heykəldə Donald Trampın 2024-cü ildə Pensilvaniyada baş verən sui-qəsd cəhdindən sonra yumruğunu havaya qaldırdığı məşhur görüntü əks olunub.
Açılış mərasimində iştirak etməyən Tramp tədbirə telefon vasitəsilə qoşularaq təşkilatçılara təşəkkür edib. O, çıxışında heykəlin böyük maraq doğurduğunu deyib: “Hər kəs heykəllə şəkil çəkdirir. Həqiqətən, gözəldir”.
Nəhəng heykəl sosial şəbəkələrdə də geniş müzakirələrə səbəb olub. Bəzi istifadəçilər bunu “güc nümayişi” adlandırsa da, digərləri heykəli tənqid edərək, Bibliyadakı “qızıl buzov” hekayəsi ilə müqayisə ediblər.
Tədbirdə iştirak edən pastor Mark Börns isə heykəlin “ibadət məqsədi daşımadığını” bildirib.
Donald Tramp özünün “Truth” platformasındakı paylaşımında heykəlin gələcəkdə simvolik məkana çevriləcəyini qeyd edib. Hazırda heykəlin qolf kurortunda ən çox foto çəkilən məkanlardan biri olduğu bildirilir.
- Daha bir şəhidin nəşi 32 il sonra tapıldı
- “10 yaşımda köçkün düşmüşdüm, 10 övladımla qayıtmışam” - Video
- Bu qəsəbə sakinlərinin nəzərinə: Saat 01:00-dan 04:00-dək…
- Tramp məhv edildiyini açıqlamışdı, 2 il əvvəl ölübmüş?
- Uşağına görə məzuniyyətə çıxan valideynlərin diqqətinə!
- Boks üzrə ölkə çempionunun meyiti tapıldı
- Azərbaycanda bu şəxslərə pulsuz torpaq veriləcək
- Bu test imtahanının vaxtı açıqlandı - Video