Qusar Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində “Təmiz hava aylığı” ilə əlaqədar maarifləndirici və profilaktik tədbirlər keçirilib.
BUTA.TV xəbər verir ki, tədbirlər zamanı avtomobillərin texniki vəziyyətinə nəzarət olunub, atmosferə zərərli tullantıların yayılmasına səbəb olan nasazlıqlarla bağlı sürücülərə xəbərdarlıqlar edilib.
Yol polisi əməkdaşları sürücülərlə söhbətlər apararaq nəqliyyat vasitələrinin vaxtında texniki baxışdan keçirilməsinin, mühərrik və qaz sistemlərinin saz saxlanılmasının ətraf mühitin qorunması və insanların sağlamlığı üçün vacib olduğunu diqqətə çatdırıblar.
Keçirilən tədbirlərin əsas məqsədinin ekoloji təhlükəsizliyin təmin olunması, havanın çirklənməsinin qarşısının alınması, eləcə də sürücülər arasında məsuliyyətli davranış vərdişlərinin formalaşdırılması olduğu bildirilib.
- Magistraturaya qəbul imtahanının ikinci cəhdi təkrar keçiriləcək
- Müharibə veteranı olan “Neftçi”nin xilaskarı - ÇL-də “Real”ı udmuşdu
- Pəncəli Teymurovun medalı ailəsinə təqdim olundu
- Prezidentlə xanımının rəsmi qonaqlarla birgə - Fotosu
- “Araz” yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim etdi
- “Azərbaycanda şəhərsalmanın inkişafı sürətlə gedir” - Yenilənib
- Sabah Bakıya intensiv yağış yağacaq
- Bakıya rəng qatan qonaqlar... - Fotolar