Hamlet Musayevin qızı həbsdən azad edildi

09:54 - 20 May 2026 - KRİMİNAL

 Hamlet Musayevin qızı həbsdən azad edildi

Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin sabiq rəis müavini Hamlet Musayevin yarım milyondan çox dələduzluqda ittiham edilən qızı həbsdən azad olunub.

BUTA.TV”nun əldə etdiyi məlumata görə, bu barədə müvafiq qərar qəbul edilib.

M.Musayeva 610 min manat pulunu ələ keçirdiyi Ü.Quliyeva ilə barışıq əldə edib. O, külli miqdarda məbləği hissə-hissə ödəməyə razılaşıb.

Tərəflər arasında razılıq əldə edildiyindən istintaq orqanı həbsin davamına ehtiyac görməyib. M.Musayeva polis nəzarəti şərti ilə təcridxanadan azad olunub.

Bu xəbər hal-hazırda çox oxunur
Orada günəş belə qürub edir... - Fotolar

Zərərçəkmiş şəxsin hüquqlarını tanınmış vəkil Ceyhun Yusifov müdafiə edir. Amma vəkil müvəkkili ilə təqsirləndirilən şəxsin barışması və dəymiş ziyandan nə qədər ödənilməsi ilə bağlı sualımıza cavab verməkdən imtina etdi.

Xəbəri rus dilində oxuyun: Дочь экс-чиновника Минюста освобождена под надзор полиции

Qeyd edək ki, M.Musayeva bir neçə ay əvvəl həbs edilib. O, sanksiyasında 14 ilə kimi həbs nəzərdə tutulan xüsusilə külli miqdarda dələduzluq maddəsi ilə ittiham olunur.

Sail Ağasəlim


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol