Azərbaycanda nikah və boşanma statistikasına dair yeni rəqəmlər açıqlanıb.
BUTA.TV Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin birinci rübündə 8 203 nikaha daxilolma və 4 614 boşanma halı qeydə alınıb.
Bildirilib ki, göstəricilər 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə azalıb. Belə ki, əhalinin hər 1000 nəfərinə düşən nikahların sayı 4.4-dən 3.2-yə enib. Boşanmaların sayı isə 1.9-dan 1.8-ə düşüb.
Qeyd edək ki, statistik göstəricilər Dövlət Statistika Komitəsinin yanvar-aprel aylarında ölkənin iqtisadi və sosial inkişafını əks etdirən hesabatında yer alıb.
- Muğanlı–İsmayıllı yolununun bir hissəsi təmir olundu
- WUF13: ADY-nin ilk infosessiyası baş tutdu
- Evlənən və boşananların sayı azaldı
- Orada günəş belə qürub edir... - Fotolar
- WUF13 tarixində ilk: Azərbaycanın təşəbbüsü ilə...
- Prezidentə Kiyev Milli İnşaat və Memarlıq Universitetinin Fəxri doktoru adı verildi
- İlham Əliyev Fəxri doktor adı verildi
- Bu ərazilərdə görünüş məsafəsi 500 m-dək məhdudlaşır