Türkiyədə keçirilən "EFES-2026" çoxmillətli birgə təlimində növbəti mərhələnin tapşırıqları uğurla yerinə yetirilib.
Bu barədə BUTA.TV-a Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, əməliyyat planına uyğun olaraq, iştirakçı ölkələrin hava-desant bölmələri şərti düşmən gəmisinin ələ keçirilməsi tapşırığını icra ediblər.
Hücum helikopterləri ilə hədəfə yaxınlaşan qruplar, qısa müddət ərzində gəminin göyərtəsinə eniş həyata keçiriblər.
Yüksək peşəkarlıq və koordinasiya ilə icra edilən əməliyyat nəticəsində gəmi tam nəzarətə götürülüb, ekipaj üzvləri zərərsizləşdirilib və təhlükəsizlik tədbirləri təmin edilib.
- Şuşa və Trabzon qardaşlaşdı
- Baş nazirdən beynəlxalq avtomobil daşımaları ilə bağlı qərar
- Ələt yolundakı qəzalı körpü sökülür - Video
- Pensiya alanların nəzərinə!
- ADSEA xidmətlərini genişləndirdi - Videoreportaj
- İrandan 12 kq narkotikin keçirilməsinin qarşısı alındı - Foto
- Ölən kursantın kədərli taleyi: dostunun qəbri üstündə... - Foto
- Bakıdan Tiflisə qatarla neçəyə getmək mümkün olacaq?