Pakistan İslam Respublikasının Pəncab əyalətinin Baş naziri Məryəm Nəvaz Şərif Bakıda WUF13 çərçivəsində liderlərlə çay süfrəsi arxasında bir araya gəldiyi fotonu paylaşıb.
“BUTA.TV” xəbər verir ki, panel arası çəkilən fotoda Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Qırğızıstan Prezidenti Sadır Japarov, Gürcüstan Baş naziri İrakli Kobaxidze, Azərbaycan Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev, Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev yer alıb.
Qeyd edək ki, Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) 182 ölkədən nümayəndələr iştirak edir.
- Şuşa və Trabzon qardaşlaşdı
- Baş nazirdən beynəlxalq avtomobil daşımaları ilə bağlı qərar
- Ələt yolundakı qəzalı körpü sökülür - Video
- Pensiya alanların nəzərinə!
- ADSEA xidmətlərini genişləndirdi - Videoreportaj
- İrandan 12 kq narkotikin keçirilməsinin qarşısı alındı - Foto
- Ölən kursantın kədərli taleyi: dostunun qəbri üstündə... - Foto
- Bakıdan Tiflisə qatarla neçəyə getmək mümkün olacaq?