Prezident İlham Əliyev “Bir tərəfdən Azərbaycan Respublikası Hökuməti ilə digər tərəfdən Bolqarıstan Respublikası Hökuməti və Veliko Tırnovo Bələdiyyəsi arasında Bolqarıstan Respublikasının Veliko Tırnovo şəhərində “Şuşa Parkı”nın salınması və yenidən qurulması üzrə əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə fərman imzalayıb.
BUTA.TV fərmanın mətnini təqdim edir:
1. 2026-cı il fevralın 11-də Sofiya şəhərində imzalanmış “Bir tərəfdən Azərbaycan Respublikası Hökuməti ilə digər tərəfdən Bolqarıstan Respublikası Hökuməti və Veliko Tırnovo Bələdiyyəsi arasında Bolqarıstan Respublikasının Veliko Tırnovo şəhərində “Şuşa Parkı”nın salınması və yenidən qurulması üzrə əməkdaşlıq haqqında Saziş” təsdiq edilsin.
2. Bu Fərmanın 1-ci hissəsində göstərilən Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Nazirlər Kabineti onun müddəalarının həyata keçirilməsini təmin etsin.
3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Bolqarıstan Respublikası Hökumətinə bildiriş göndərsin.
- İcra hakimiyyəti ağlına gələn rəqəmi yazıb... - Sədr müavini
- Prezident fərman imzaladı
- Prezidentdən Sabir Rüstəmxanlı ilə bağlı sərəncam
- Qrup yoldaşını bıçaqladı: məsuliyyətindən azad olundu
- Kreditinizi "Birbank"a gətirin, 6%-dək endirim qazanın
- “İcra hakimiyyəti ağlına gələn rəqəmi yazıb” - Yenilənib
- Onları bu günlərdə Bakının hər yerində görə bilərik... - Fotolar
- Dövlət Komitəsində AzQAC və IFRC əməkdaşları ilə görüş...