Sabah Nizami rayonunun bir hissəsində elektrik enerjisinin verilişində fasilə yaranacaq.
Bu barədə BUTA.TV-a "Azərişıq" ASC-dən məlumat verilib.
Bildirilib ki, Nizami Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində 42 nömrəli Transformator Məntəqəsində (TM) təmir-təftiş işləri aparılacaq.
Bununla əlaqədar olaraq saat 10:00-dan 14:00-dək Cəmşid Naxçıvanski küçəsinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir-təftiş işləri yekunlaşdıqdan sonra həmin ərazi daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.
- Sabah bu ərazilərdə işıq olmayacaq
- Sərhəddə 1,5 milyon manatlıq siqaret ələ keçirildi
- Aldığı pulların hamısını qaytardığını deyib
- Azərbaycanda 2 bitki yağı emalı zavodu yaradılacaq
- Meteohəssas şəxslərin nəzərinə - Xəbərdarlıq
- Ölkəyə qaçaqmal yolu ilə milyonluq siqaret keçirildi - 3 nəfər həbs edildi
- Azərbaycanda yeni universitet yaradılacaq
- Bakı-Tiflis-Bakı qatarının hərəkət qrafiki