Bulvarda gənc qıza qarşı zorakılıq: saxlanılan var - Video

10:33 - 25 May 2026 - GÜNDƏM

 Bulvarda gənc qıza qarşı zorakılıq: saxlanılan var - Video

Bakıda Dənizkənarı bulvar ərazisində gənc qız zorakılığa məruz qalıb.

BUTA.TV Oxu.az-a istinadla xəbər verir ki, bu barədə sosial şəbəkələrdə videomüraciət yayılıb.

Müraciəti paylaşan xanım bildirib ki, bulvar ərazisində video çəkən zaman naməlum şəxs ona qarşı zorakılıq etməyə cəhd göstərib.

Daxil olan məlumat əsasında bulvar ərazisində qeyd edilən əməli törətməkdə şübhəli bilinən 47 yaşlı Şamxal Nəcəfov polis əməkdaşları tərəfindən saxlanılıb.

Bu xəbər hal-hazırda çox oxunur
Bakıda evə basqın: Ər və arvadı öldürüldü

Onun üzərindən 3 ədəd soyuq silah hesab edilən kəsici-deşici alət aşkarlanıb.

Həmin şəxs barəsində məsuliyyət tədbirləri görülür.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol