Dünən Bakıda səhhətinin qəfil pisləşməsi nəticəsində vəfat edən 22 yaşlı Leysan Qədimov tanınmış nəslin nümayəndəsi imiş.
“BUTA.TV” xəbər verir ki, o, Sədərək rayonundan olan Qədimbəyli ailəsinin övladıdır.
Leysanın ölümü ilə bağlı paylaşım edən əmisi oğlu, tanınmış rejissor Eltən Qədimbəyli (Törəçi) onun rəssam olduğunu, ən böyük arzusunun şəxsi emalatxana yaratmaq olduğunu deyib.
Bildirilib ki, Leysanın atası Mikayıl Qədimov “Sədərək” Ticarət Mərkəzinin sahibi Yusif Qədimbəyli ilə əmioğludur. M.Qədimov daha əvvəl Yusif Qədimbəylinin müşaviri vəzifəsində çalışıb.
Onların əmisi qızı İlhamə Qədimova isə kənd təsərrüfatı nazirinin müavinidir.




- Sabah bu ərazilərdə işıq olmayacaq
- Sərhəddə 1,5 milyon manatlıq siqaret ələ keçirildi
- Aldığı pulların hamısını qaytardığını deyib
- Azərbaycanda 2 bitki yağı emalı zavodu yaradılacaq
- Meteohəssas şəxslərin nəzərinə - Xəbərdarlıq
- Ölkəyə qaçaqmal yolu ilə milyonluq siqaret keçirildi - 3 nəfər həbs edildi
- Azərbaycanda yeni universitet yaradılacaq
- Bakı-Tiflis-Bakı qatarının hərəkət qrafiki