Türkiyəli gənc yazar, tərcüməçi Əbdülqadir Özkan zəlzələ zamanı ailə üzvləri ilə birgə həlak olub.
Kult.az xəbər verir ki, bu barədə teatrşünas Anar Bürcəliyev məlumat yayıb.
“İstedadlı gənc yazar, Azərbaycanı ürəkdən sevən, Azərbaycan yazıçılarının əsərlərini Türkiyə türkcəsinə uyğunlaşdıran peşəkar tərcüməçi Əbdülqadir Özkan Qəhrəmanmaraşda baş verən zəlzələdə ailə üzvləri ilə birgə həlak olub.
Əbdülqadir Özkan Azərbaycan ədəbiyyatının ən yaxın dostu kimi xatirələrdə yaşayacaq”, - o bildirib.
Qeyd edək ki, tərcüməçi iki il bundan öncə qədim və çağdaş Azərbaycan ədəbiyyatının nümunələrini topladığı "Günümüz Azərbaycan öyküsü" ("Müasir Azərbaycan hekayəsi") adlı almanax dərc etmişdi.
- Prezident fərmanı: minimum əmək haqqının məbləği...
- Prezident fərman imzaladı
- Ağdərənin 4 kəndinə daha 63 ailə yola salındı
- Adnan Əhmədzadə ilə bağlı daha bir ağlasığmaz iddia
- Bakıda küçədə qadın meyiti tapıldı
- Vətəndaşlar özəl xəstəxanalarda da onkoloji yardım alacaq
- Prezident onları təltif etdi
- Səməd Vurğunun 120 illiyi qeyd ediləcək