Bakıda cibgirliklə məşğul olan 3 nəfər saxlanılıb.
Daxili İşlər Nazirliyindən BUTA.TV-a verilən məlumata görə, Yasamal RPİ 29-cu Polis Bölməsi əməkdaşları marşrut avtobusunda bir qadının çantasından 570 manatı, sənəd və bank kartını oğurlamaqda şübhəli bilinən Abşeron rayon sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Məhəmməd Əliyevi saxlayıb.
Həmin gün NBPİ-nin Dəmir Yolu Nəqliyyatında Polis İdarəsi əməkdaşları Bakı dəmir yolu stansiyasında M.Səlimovun 340 manatını oğurlamaqda şübhəli bilinən paytaxt sakini Məsim Nağıyevi, Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşları isə H.Seyidzadə küçəsindəki mağazaların birində bir qadının içərisində 500 manatı, sənəd və bank kartı olan cüzdanını oğurlamaqda şübhəli bilinən əvvəllər məhkum olunmuş Səbinə Ağayeva müəyyən olunaraq saxlanılıblar.
Hər üç faktla bağlı araşdırma aparılır.
- Prezident fərmanı: minimum əmək haqqının məbləği...
- Prezident fərman imzaladı
- Ağdərənin 4 kəndinə daha 63 ailə yola salındı
- Adnan Əhmədzadə ilə bağlı daha bir ağlasığmaz iddia
- Bakıda küçədə qadın meyiti tapıldı
- Vətəndaşlar özəl xəstəxanalarda da onkoloji yardım alacaq
- Prezident onları təltif etdi
- Səməd Vurğunun 120 illiyi qeyd ediləcək