Xarici İşlər Nazirliyi Türkiyənin zəlzələ bölgəsindəki Azərbaycan vətəndaşlarının təyyarə ilə təxliyə olunması ilə bağlı təkliflərə münasibət bildirib.
BUTA.TV xəbər verir ki, nazirliyin mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə açıqlamasında təxliyələrin avtobuslar vasitəsilə həyata keçiriləcəyini deyib.
O qeyd edib ki, təyyarələrlə təxliyə barədə hələ ki, qərar yoxdur:
“Avtobuslarla təxliyə daha rahat və sürətlidir. Hava nəqliyyat vasitələri bəzən gözləməli olur. Təyyarələrdə müəyyən çətinlik yaşana bilir. Çünki təyyarələrin əksəriyyəti yük təyyarəsidir. Həmçinin yaranmış vəziyyətə görə bütün hava limanları sərnişin təyyarələrini qəbul etmir. Çünki axın çoxdur”.
A.Hacızadə qeyd edib ki, Azərbaycan vətəndaşlarının təxliyəsi ötən gün də davam edib.
Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək yüzlərlə afterşoklar qeydə alınıb. Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və minlərlə itkilərə səbəb olub.
- Prezident fərmanı: minimum əmək haqqının məbləği...
- Prezident fərman imzaladı
- Ağdərənin 4 kəndinə daha 63 ailə yola salındı
- Adnan Əhmədzadə ilə bağlı daha bir ağlasığmaz iddia
- Bakıda küçədə qadın meyiti tapıldı
- Vətəndaşlar özəl xəstəxanalarda da onkoloji yardım alacaq
- Prezident onları təltif etdi
- Səməd Vurğunun 120 illiyi qeyd ediləcək