Qardaş Türkiyədə baş verən 7,7 bal gücündə zəlzələ nəticəsində 12 mindən çox şəxsin həlak olması, 60 mindən çox şəxsin yaralanması ilə dövlətlərlə yanaşı, şirkətlər də Türkiyə üçün yardım kampaniyasına qoşulublar.
BUTA.TV xəbər verir ki, bu məqsədlə “Unity Company” şirkəti və şirkətin təsisçisi, YAP Binəqədi rayon təşkilatının Binəqədi rayonu, Baksol yolu 89 ünvanında yerləşən “Unity Company” ərazi partiya təşkilatının sədri Fikrət Əliyev qardaş ölkə üçün ümumilikdə 300 000 TL yardım vəsaiti ayırıb.
Saytımıza açıqlama verən Fikrət Əliyev “Qardaş ölkədəki faciəvi hadisə bizi dərindən kədərləndirib. Bu dəqiqə bütün fikrimiz Türkiyədə, qardaşlarıızın və bacılarımızın yanındadır. Bu məqsədlə həm maddi, həm digər formalarda əlimizdən nə gəlirsə, edirik və edəcəyik”-deyə bildirib.
Qeyd edək ki, “Unity Company” daha əvvəl Silahlı Qüvvələrin Yardım Fonduna və Koronavirusla Mübarizə Fonduna da ianələr etmişdi.
- Prezident fərmanı: minimum əmək haqqının məbləği...
- Prezident fərman imzaladı
- Ağdərənin 4 kəndinə daha 63 ailə yola salındı
- Adnan Əhmədzadə ilə bağlı daha bir ağlasığmaz iddia
- Bakıda küçədə qadın meyiti tapıldı
- Vətəndaşlar özəl xəstəxanalarda da onkoloji yardım alacaq
- Prezident onları təltif etdi
- Səməd Vurğunun 120 illiyi qeyd ediləcək