Sosial şəbəkə üzərindən yaradılan Güney Azərbaycan qrupunun üzvləri yardım kapmpaniyasına qoşulub. Onlar əllərindən gələn hər cür dəstəyi göstərməyə hazırdılar.
Bunu BUTA.TV-a Türkiyədə yaşayan Güney Azərbaycandan olan milli fəal Kürşat Ağdərəli deyib.
“Milli fəallarımız bacardıqları qədər Türkiyədəki qardaşlarımıza kömək etməyə çalışır. Türkiyəli dostlarımız isə bizə deyir ki, sizin Xoy şəhərində də zəlzələ olub. Onları da unutmayın. Özləri belə durumda olmasına rəğmən, Xoy sakinlərini də düşünür. Bir dostum isə vurğulayıb ki, Türkiyəyə dünyanın çox ölkəsindən yardım gələcək. Amma İrana yardım edən yoxdur, heç hökumət özü də vətəndaşları üçün yardım etmir. Odur ki, əlinizdən gələn dəstəyi Xoy üçün əsirgəməyin”, - o bildirib.
- Bakcell Qarabağ Universitetində tələbələrlə görüş keçirdi
- Sabah intensiv yağış yağacaq
- Bakı əhalisinin nəzərinə: iş və dərs saatları dəyişir - Video
- Prezident fərmanı: minimum əmək haqqının məbləği...
- Prezident fərman imzaladı
- Ağdərənin 4 kəndinə daha 63 ailə yola salındı
- Adnan Əhmədzadə ilə bağlı daha bir ağlasığmaz iddia
- Bakıda küçədə qadın meyiti tapıldı