Ötən ilin oktyabrın 21-də İranın Qafanda Baş Konsulluq açıldıqdan sonra Rusiyanın Ermənistandakı səfirliyi də analoji istəyini ifadə edib.
BUTA.TV xəbər verir ki, bu barədə “Joxovurd” qəzeti mənbələrə istinadən məlumat yayıb.
“Rusiya bu istəyi ilə bağlı müxtəlif kanallarla Ermənistan hakimiyyət orqanlarını məlumatlandırıb. İndi İrəvan bu məsələdə strateji müttəfiqdən necə imtina etməyi müzakirə edir. Çünki Ermənistan vaxtilə İrana Zəngəzurda konsulluq açmağa icazə verib, Kremlə necə yox desin? Ermənistan XİN-i Rusiyanın Zəngəzurda konsulluğun açılması məsələsi ilə bağlı ölkəyə rəsmi müraciətin edilmədiyini bildirir. XİN-in cavabı yalnız rəsmi təklifin olmamasından ibarətdir və qeyri-rəsmi sorğu ilə bağlı heç bir söz demir. Məsələ ilə bağlı Rusiyanın Ermənistandakı səfirliyi də hələ ki şərh verməyib”, - məlumatda deyilir.
- Bakcell Qarabağ Universitetində tələbələrlə görüş keçirdi
- Sabah intensiv yağış yağacaq
- Bakı əhalisinin nəzərinə: iş və dərs saatları dəyişir - Video
- Prezident fərmanı: minimum əmək haqqının məbləği...
- Prezident fərman imzaladı
- Ağdərənin 4 kəndinə daha 63 ailə yola salındı
- Adnan Əhmədzadə ilə bağlı daha bir ağlasığmaz iddia
- Bakıda küçədə qadın meyiti tapıldı