Türkiyədə zəlzələdən böyük zərər çəkən Hatay vilayətinin Altınözü rayonunda böyük çökmələr baş verib.
BUTA.TV xəbər verir ki, dərin çatların yarandığı Tepehan kəndinin torpaq quruluşu dəyişib. Zəlzələdən əvvəl zeytunluq olan torpaq indi kanyon kimi görünür.
"TRT Haber"in yaydığı videoda ərazidəki yüksəklik fərqi zəlzələnin şiddətini ortaya qoyur.
Qeyd edək ki, Türkiyədə dağıdıcı zəlzələ nəticəsində ölənlərin sayı 19 388 nəfərə çatıb. Təbii fəlakət nəticəsində 77 711 nəfər yaralanıb.
- Bakcell Qarabağ Universitetində tələbələrlə görüş keçirdi
- Sabah intensiv yağış yağacaq
- Bakı əhalisinin nəzərinə: iş və dərs saatları dəyişir - Video
- Prezident fərmanı: minimum əmək haqqının məbləği...
- Prezident fərman imzaladı
- Ağdərənin 4 kəndinə daha 63 ailə yola salındı
- Adnan Əhmədzadə ilə bağlı daha bir ağlasığmaz iddia
- Bakıda küçədə qadın meyiti tapıldı