Türkiyədə baş vermiş güclü zəlzələ nəticəsində minlərlə insanın həlak olması, yaralanması və evsiz qalması ilə əlaqədar Azərbaycandan qardaş ölkəyə yardım göstərilməsi davam edir.
BUTA.TV xəbər verir ki, “PAŞA Holding” və onun törəmə şirkətləri zəlzələdən zərər çəkmiş şəxslərə dəstək məqsədilə Türkiyənin iki önəmli yardım fonduna - AHBAP-ın və Türkiyənin Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyinin (AFAD) hər birinə 500 min dollar olmaqla ümumilikdə 1 milyon dollar ianə edib.
“Bütün şirkətlər qrupumuz adından həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına başsağlığı verir, yaralananların tezliklə sağalmasını və zəlzələnin nəticələrinin qısa müddətdə aradan qaldırılmasını arzulayırıq”, - deyə “PAŞA Holding”in baş icraçı direktoru Cəlal Qasımov bildirib.
- Bakcell Qarabağ Universitetində tələbələrlə görüş keçirdi
- Sabah intensiv yağış yağacaq
- Bakı əhalisinin nəzərinə: iş və dərs saatları dəyişir - Video
- Prezident fərmanı: minimum əmək haqqının məbləği...
- Prezident fərman imzaladı
- Ağdərənin 4 kəndinə daha 63 ailə yola salındı
- Adnan Əhmədzadə ilə bağlı daha bir ağlasığmaz iddia
- Bakıda küçədə qadın meyiti tapıldı