Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Əlahəzrət Şeyx Məhəmməd bin Zayed Al Nəhyana başsağlığı məktubu ünvanlayıb.
BUTA.TV başsağlığın mətnini təqdim edir:
"Əlahəzrət,
Qardaşınız – Əbu-Dabi Əmirinin Nümayəndəsi Şeyx Səid bin Zayed Al Nəhyanın vəfatı xəbəri bizi olduqca kədərləndirdi.
Bu ağır anlarda dərdinizi bölüşür, Sizə, ailənizin bütün üzvlərinə, Birləşmiş Ərəb Əmirliklərinin qardaş xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm.
Allah rəhmət eləsin!"
- Ramazanın 22-ci günü: dua, imsak və iftar vaxtı...
- Anar Əliyev Laçında vətəndaşları qəbul etdi
- "Gəncə Təndiri" fəaliyyətini dayandırdı - Foto
- Vüsal Nəsirlinin müavinləri işdən çıxarılıb?
- Pulunuzu artırmaq üçün fürsət: Əmanətiniz illik 12% gəlir gətirsin!
- Bu dövlət şirkəti ləğv olunur
- Azərbaycanda vəzifəli şəxsə hökm oxundu
- Zamin Zəkiyə hökm oxundu