Belçika ilə oyundan sonra demişəm ki, yalnız axmaq və ağılsız adamlar inkişafımızı görə bilməzlər.
BUTA.TV xəbər verir ki, bunu Report-a açıqlamasında Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi Belçikaya qarşı keçirilən AVRO-2024-ün seçmə mərhələsinin oyunundan (0:5) sonra mətbuat konfransında azərbaycanlı jurnalistlər barədə səsləndirdiyi fikirlərlə bağlı danışarkən deyib.
İtaliyalı mütəxəssis eyni sözləri İsveçlə qarşılaşmadan sonra da dediyini vurğulayıb.
Tənqidlərlə razılaşmayan 67 yaşlı çalışdırıcının fikrincə, milli onun rəhbərliyi altında uğurlu çıxış edib: "İsveçlə matçdan sonra nə demişdimsə, Belçika ilə görüşün ardından da həmin fikirləri səsləndirmişdim. Belçika və Avstriyaya 0:1 hesabı ilə məğlub olduğumuz oyunlarda rəqiblərə qarşı böyük performans sərgiləmişdik. Bunu dayandırın".
Canni De Byazi millidəki gələcək taleyi ilə bağlı sualı isə cavabsız qoyub.
Qeyd edək ki, AVRO-2024-ün seçmə mərhələsində F qrupunda yer alan Azərbaycan yığması 7 xalla 4-cü yeri tutub. Canni De Byazinin müqaviləsinin müddəti noyabrın sonuna qədərdir. Noyabrın 22-də AFFA İcraiyyə Komitəsinin fövqəladə iclasında onunla bağlı qərar qəbul olunacaq.
- DGK Ermənistandan mal idxalına aydınlıq gətirdi
- Xəzərin geri çəkilməsi dayanır? - Ekoloq
- Bu telekanal bağlanır - Təcili
- Köməksiz vəziyyətdə qalan azyaşlı xilas edildi - Video
- Naxçıvanda yüksək vəzifəyə təyinat
- Hikmət Babaoğlu “Şöhrət” ordeni ilə təltif edilib
- Xətaidə Zərifə Əliyevanın anım gününə həsr olunmuş tədbir - Foto
- “Prezident Kuboku” ilk dəfə Sərsəngdən başlayacaq!