Noyabrın 29 və 30-da Ermənistan-Azərbaycan sərhədində delimitasiya komissiyasının iclası keçiriləcək.
BUTA.TV xəbər verir ki, bu barədə "Caliber"ə diplomatik mənbələrdən məlumat daxil olub. Müvafiq razılaşmalar hər iki tərəf tərəfindən təsdiqlənib. İki ölkənin delimitasiya məsələlərini vasitəçi olmadan özlərinin həll etməyə çalışması, şübhəsiz ki, müsbət göstəricidir.
Xatırladaq ki, sərhədin delimitasiyası komissiyası ötən müddət ərzində iki dəfə, ən son isə bu ilin iyulunda iclas keçirib.
Qeyd edək ki, daha öncə Ermənistan Baş nazirinin müavini Mger Qriqoryan iki ölkə arasında delimitasiya komissiyasının iclası ilə bağlı konkret razılaşma olmadığını bildirib.
- Bakıda Xameneinin anım mərasimi keçirildi
- Nazir və icra başçısı kiçik təsərrüfatlara baxış keçirdi
- Gəncədə şagirdləri təhqir edən müəllimlə bağlı tədbir görüldü
- Bakıda güclü külək əsəcək
- Qaçqınkom qardaşların iddialarına aydınlıq gətirdi
- Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsi başlayır
- Bu tarixə kimi yağış yağacaq - Xəbərdarlıq
- DSX-nin elit hərbçilərinə beret verildi - Foto