Azərbaycanın FİFA referisi Əliyar Ağayev UEFA Çempionlar Liqasının oyununu idarə edib.
BUTA.TV xəbər verir ki, o, Serbiyada “Srvena Zvezda” və İngiltərənin “Mançester Siti” klubları arasında keçirilən matçın baş hakimi olub.
36 yaşlı hakimə Zeynal Zeynalov və Akif Əmirəli kömək ediblər. Dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirib.
Qarşılaşmanın VAR hakimi Alper Ulusoy (Türkiyə), AVAR isə Abdulkadir Bitigen (Türkiyə) olub.
Ə.Ağayev "Mançester Siti"nin 3:2 hesablı qələbəsi ilə başa çatan matçda dörd futbolçuya sarı vərəqə göstərib. Azərbaycanlı referi meydan sahiblərindən Uroş Spayiç, Srcan Mixayloviç və Nasser Ciqanı, qonaqlardan isə Kelvin Filipsi cəzalandırıb.
- Kəlbəcərə daha 27 ailə yola salındı
- “Qazandıran bahar” kampaniyası ilə əlavə bonuslar qazanın
- “Poz-Qazan”da 3 ayda 39 böyük uduş qazanılıb
- Bu assosiasiyaya yeni rəhbər təyin edildi
- DOST TV-nin 2 yaşı tamam olur
- Ər və arvadı bıçaqlandı: 18 yaşlı oğulları saxlanıldı
- Cəlilabadda 85 yaşlı kişi yanaraq öldü
- Bəzi ərazilərdə işıq olmayacaq