Azərbaycan Ordusunun, xüsusilə dağlıq, çətin relyef və iqlim şəraitli ərazilərdə dislokasiya olunmuş bölmələrinin təminat məsələlərinə ciddi nəzarət edilir.
BUTA.TV xəbər verir ki, bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Müdafiə Nazirliyinin Mətbuat xidmətindən bildirilib.
Qeyd olunub ki, ordunun dayaq məntəqələri və döyüş mövqelərində bütün növ ehtiyatlar yaradılıb.
"Şəxsi heyətin gündəlik xidməti fəaliyyəti zamanı təhlükəsizlik qaydalarına ciddi riayət etməsi, eləcə də ölkəmizdə qış aylarında havaların soyuq keçməsi ilə əlaqədar mövsümi xarakter daşıyan respirator virus infeksiyalarından qorunması ilə bağlı bütün zəruri tədbirlər həyata keçirilib", - Müdafiə Nazirliyindən bildirilib.
- Sumqayıtda genişmiqyaslı ağacəkmə aksiyası keçirildi
- Azərbaycanda yeni agentlik yaradıldı
- Bakıda bu avtobus da yenilənir: Gediş haqqı...
- Daha bir icra hakimiyyətində kütləvi ixtisar: 43 nəfər...
- Sahil Babayev dövlət qurumlarında yoxlamalar aparacaq
- Xətai İH-də şəhid ailələri ilə görüş keçirildi - Foto
- “Velotrek”də “yanğın” – FHN hərəkətə keçdi - Video
- Hökumənin atasının kartından oğurluq edənə hökm oxundu